Qırmızı.az
Elnarə Tofiqqızının ölümündə təqsirləndirilən həkim barəsində cinayət işi açıldı
Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi Elnarə Tofiqqızının ölümündə təqsirli bilinən həkim Fərəcullah İdrisovla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.
Bu barədə Axar.az-a zərərçəkən Anar Niftəliyevin vəkili Səməd Vəkilov məlumat verib. O bildirib ki, sözügedən ölüm faktı ilə bağlı cinayət işi Bakı Şəhər Prokurorluğunda yekunlaşıb və anestezioloq Firuz İbrahimov CM-nin 124.1 və 320.1 maddələri ilə təqsirləndirilərək, baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib, amma əməlində dələduzluq halları aşkarlanan F.İdrisovun işi araşdırılmaq üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib.
İşin müstəntiq Eivin Əsgərovun icraatına verildiyini deyən S.Vəkilov yaxın vaxtlarda bununla bağlı istintaqa başlanılacağını bildirib:
“Bu gün Elvin Əsgərovla görüşmüşük. Müstəntiq hazırda iş materialları ilə tanış olur. Yaxın vaxtlarda zəruri istintaq hərəkətlərinin həyata keçirilməsinə başlanacaq”.
Onu da deyək ki, E.Tofiqqızının həyat yoldaşı A.Niftəliyev mediaya açıqlamasında əməliyyatda iştirak edən həkimlərin işləmədiyi özəl müəssisədə qanunsuz əməliyyat aparmasının Bakı Şəhər Vergilər Departamentində də araşdırıldığını bildirib:
“Hazırda müstəntiq onkoloq həkim Mahir Məmmədovun kənarda qanunsuz əməliyyatının vergi qanunvericiliyi ilə tənzimlənmədiyini aşkarladığı üçün onun işi həm də Bakı Şəhər Vergilər Departamentinin istintaq idarəsinə göndəribilib”.
Xatırladaq ki, mərhum E.Tofiqqızı ötən il sentyabrın 20-də “Medi Sina” klinikasında əməliyyat zamanı dünyasını dəyişib.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI