Qənirə Paşayeva Avrasiya İnstitutunda çıxış edib
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Avrasiya İnstitutunda çıxış edib

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva İstanbul Universiteti Avrasiya İnstitutunun rəhbəri Bekir Günay ilə görüşüb.

Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiklərini deyən İstanbul Universiteti Avrasiya İnstitutunun rəhbəri Doç. Dr. Bekir Günay Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. O, İstanbul Universiteti Avrasiya İnstitutunun da Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib.

Q. Paşayeva İstanbul Universiteti Avrasiya İnstitutunun rəhbərinə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, Ermənistanın işğalşılıq siyasətinin davam etməsi nəticəsində 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərdən və Ermənistanın bir müddət əvvəl girov götürərək qətlə yetirdiyi Həsən Həsənov və bu gün də girov saxlayaraq əzyyətlər verdiyi Dilqəm Əhmədov və Şahbaz Quliyev ilə bağlı geniş məlumatlat verib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Avrasiya İnstitutu rəhbərliyinə Dağlıq Qarabağ həqiqətlərinin daha geniş yayılması işinə dəstəklərindən dolayı təşəkkür edən Qənirə Paşayeva İstanbul Universiteti Avrasiya İnstitutunun rəhbərinə Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər, həmçinin özünün həmmüəllifi olduğu “Hocalı Soykırımı tanıkların dilinden” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı “Azərbaycan həqiqətləri” sənədli filmlər kataloqunu hədiyyə edib. Q. Paşayeva İstanbul Universiteti Avrasiya İnstitutunun rəhbərini Azərbaycana dəvət edib. İstanbul Universiteti Avrasiya İnstitutunun rəhbəri Bekir Günay dəvəti məmnuniyyətlə qəbul edib və İstanbul Universiteti Avrasiya İnstitutu ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafının vacibliyini vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva həmçinin İstanbul Universitetində təhsil alan bir sıra türk gənclərlə və Avrasiya İnstitutunun əməkdaşları ilə də görüşüb və onlarla geniş söhbətlər edib. Görüşdə millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında onların da üzərinə böyük vəzifələr düşdüyünü bildirib. Q. Paşayeva bir sıra türk tələbələrə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özünün müəllifi olduğu kitabları hədiyyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm