İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı ata və oğul həbs olundu – Özəl
Bizi izləyin

Qırmızı.az

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı ata və oğul həbs olundu – Özəl

Azərbaycanda ata və oğul Suriyaya getmək istəyərkən sərhəddə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


Publika.az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, Xaçmaz rayonu Xudat şəhər sakinləri Ramiz Şahbazi və oğlu Bəhruz Şahbazi Gürcüstan-Azərbaycan sərhədində saxlanılıblar.

Ata və oğul Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Suriyaya getmək istəyiblər. Hər iki şəxs İŞİD tərəfdarıdır. Onlar Suriyaya gedərək İŞİD sıralarına qoşulmaq istəyirlərmiş.

Məlumata görə, R. Şabhazinin digər oğlu Xudat xəvvariclərinə rəhbərlik edən şəxslərdəndir. Ailənin şəhərdə İŞİD təbliğatı apardığı deyilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm