Qırmızı.az
Bakıda III Beynəlxalq Uşaq Konfransı keçirilir
Bu gün Bakıda “3R - Reuse, Reduce, Recycle” (Yenidən istifadə et, Azalt, Çeşidlə) şüarı altında III Beynəlxalq Uşaq Konfransı öz işinə başlayıb.
Publika.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan məktəblilərin də iştirak etdiyi konfrans Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə keçirilir.
Tədbir Almaniya, Latviya, Macarıstan, Ukrayna, Rusiya, Belarusdan olan xarici iştirakçıların Şəhidlər xiyabanını ziyarəti ilə başlayıb. Xarici iştirakçılar Azərbaycanın yeni tarixi barədə məlumat əldə ediblər.
Qala qəsəbəsində yerləşən Etno-Ekoloji Mərkəzdə təşkil olunan rəsmi açılış mərasimində iştirakçılara “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Oqtay Məmmədov və təşkilatçı qurum olan “EkoSfera” Mərkəzinin rəhbəri Firuzə Sultan-zadə ətraf mühit, tullantıların idarə olunması, həyata keçirilmiş və icra olun layihələr, gələcək planlar barədə verdiyi faydalar barədə məlumat veriblər. Tədbirdə yerli ekspertlərlə yanaşı, xarici ekspertlərin də çıxışları və təqdimatları dinlənilib. Məktəblilər daha sonra komandalara bölünərək ekoloji layihələrin hazırlanmasına başlayıblar.
Tədbirin ilk gününün sonunda Qala qəsəbəsində yerləşən Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinə səfər təşkil edilib.
Tədbirin növbəti günündə “Təmiz Şəhər” ASC-yə məxsus Balaxanı qəsəbəsində yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarında maarifləndirici tur təşkil ediləcək və burada qonaqlar tullantıların idarə edilməsi ilə əyani tanış olub, onları maraqlandıran suallara mütəxəssislərdən cavab ala biləcək. Uşaqlar həmin gün Heydər Əliyev Mərkəzini də ziyarət edəcəklər.
Tədbirin üçüncü günü isə "ASAN xidmət" mərkəzində keçəcək. Konfrans iştirakçıları könüllü kimi ASAN üçün işləyəcək və “Təmiz ASAN” layihəsi çərçivəsində "ASAN xidmət" mərkəzlərində tullantıların çeşidlənməsi işini təşviq edəcəklər.
Tədbir 15 noyabr - Ümumdünya Tullantıların İdarəçiliyi Günü yekunlaşacaq.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!