Fikrət Məmmədov Qubada vətəndaşları qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

Fikrət Məmmədov Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən noyabrın 14-də Quba rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qəbulda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Xaçmaz regional ədliyyə şöbəsi (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, bina 17; əlaqə telefonu: (02332) 5-18-88, (070) 302-36-66), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Quba rayonu Heydər Əliyev Mərkəzində qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm