Sumqayıt Paralimpiya İdman Kompleksində yanğın baş verib
Bizi izləyin

Qırmızı.az

Sumqayıt Paralimpiya İdman Kompleksində yanğın baş verib

Noyabrın 13-də axşam saatlarında Sumqayıt Paralimpiya İdman Kompleksində yanğın baş verib.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Şəhər Yanğından Mühafizə Xidməti əməkdaşlarının dərhal hadisə yerinə cəlb olunması nəticəsində yanğının qarşısı qısa müddətdə alınıb.
Yanğın zamanı kompleksin 20 kvadratmetr sahəsi, o cümlədən iki əlil arabası və bir kondisioner yanıb. Hadisə zamanı 15 nəfər təxliyə olunub. Xəsarət alan yoxdur.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm