Yetim uşaqları himayəyə götürən ailələrə dövlət dəstəyi artırılacaq
Bizi izləyin

Qırmızı.az

Yetim uşaqları himayəyə götürən ailələrə dövlət dəstəyi artırılacaq

Valideyn himayəsindən məhrum olmuş uşaqları himayəyə götürmüş ailələr stimullaşdırılacaq. Bu məqsədlə həmin ailələr üçün əlavə dövlət dəstəyinin göstərilməsi planlaşdırılır.

Publika.az-ın məlumatına görə, bu barədə hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsində qeyd edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış layihədə bununla bağlı maliyyələşmə mexanizminin yaradılması üzrə müvafiq təkliflər hazırlanacağı da qeyd edilib.

Layihəyə görə, valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq tədbirlər həyata keçiriləcək. Belə uşaqlara həm də pulsuz tibbi sığorta xidmətləri göstəriləcək.

Müəyyən yaşayış yeri olmayan çətin həyat şəraitində olan şəxslər üçün müvəqqəti sığınacaqlar yaradılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm