Qırmızı.az
Azərbaycanda 250 minə yaxın diabet xəstəsi var
Azərbaycanda şəkərli diabet xəstəliyi aşkarlanan şəxslərin sayı ildən-ilə artır. Ötən il bu xəstəlik 197 min nəfərdə aşkarlanıbsa, bu il rəqəmin 250 minə çatması gözlənilir.
Publika.az-ın məlumatına görə, bu fikirləri Respublika Endokrinoloji Mərkəzin direktoru Rauf Cabbarov “Sağlam qidalanma səhər yeməyindən başlayır!” şüarı altında keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, xəstəliyin azalmasında əsas amil bu sahəyə diqqətin ayrılması, düzgün pəhriz və fiziki aktivliyin artırılmasıdır.
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov deyir ki, həm diabet xəstələri üçün, həm də bu xəstəlikdən qorunmaq məqsədilə sağam qidalanma vacib şərtdir.
“Bu istiqamətdə maarifləndirmə işlərinin həyata keçirilməsi çox önəmlidir. Uşaqlar arasında xəstəliyin vaxtında aşkarlanması üçün bu gün ölkədə həyata keçirilən icbari dispanzerizasiyanın rolu böyükdür”.
Millət vəkillərinin və tibb mütəxəssislərinin iştirak etdiyi rəsmi hissədə Azərbaycanda şəkərli diabetlə bağlı vəziyyət, profilaktik tədbirlər barədə təqdimatlar edildi. Bildirildi ki, dünyada hər 10 saniyədə 2 nəfərdə bu xəstəlik aşkarlanır, 1 nəfər isə vəfat edir. Hər il 5 milyon insan bu xəstəlikdən dünyasını dəyişir. Bu sayın azalması üçün diabetlə mübarizəyə əlavə vəsait ayrılması vacibdir.
İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika Endokrinoloji Mərkəzi və Azərbaycan Diabet Liqasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə qonaqların qanda şəkərinin miqdarı və qlükozalaşmış hemoqlobinin miqdarı ölçülüb.
Sonda diabetli uşaqlara hədiyyələr təqdim olunub. Uşaqların arzuları yazılmış şarlar havaya buraxılıb.
Gülxar
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi