Xəzər dənizinə çirkab suların axıdılmasının qarşısı alınacaq
Bizi izləyin

Qırmızı.az

Xəzər dənizinə çirkab suların axıdılmasının qarşısı alınacaq

Respublika ərazisindən Xəzər dənizinə axıdılan məişət və sənaye sularının tam təmizlənməsinə nail olunması üzrə tədbirlərin görülməsi nəzərədə tutulur.

Publika.az-ın məlumatına görə, bu barədə hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsində qeyd edilib.

Bunun üçün həm də şəhərlərdə, qəsəbə və kəndlərdə, digər yaşayış məntəqələrində kanalizasiya şəbəkəsinin yaradılması və yenidən qurulması planlaşdırılır. Bütün yaşayış məntəqələrinin çirkab sutəmizləyici qurğularla təchiz edilməsi üzrə tədbirlər həyata keçiriləcək.

2014-2025-ci illəri əhatə edəcək proqramın həyata keçirilməsi “Azərsu” ASC, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və TəbiiSərvətlər Nazirliyinə havalə edilib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2012-ci ildə 2003-cü ilə nisbətən səthi sututarlara atılmış çirkab suların həcmi 14.1 faiz və atmosfer havasına atılan çirkləndirici maddələrin həcmi isə 28.4 faiz artıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm