Azərbaycanda dini icmanın qeydiyyatı ləğv edildi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda dini icmanın qeydiyyatı ləğv edildi

Ali Məhkəmə “Fatimeyi-Zəhra” adına məscidin dindarlarının dini icmasının qeydiyyatının ləğv edilməsinə dair qərarı qüvvədə saxlayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, komitə qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş müddətdə lazım olan sənədlərini Dövlət Komitəsinə təqdim etməməsini, eləcə də mövcud vəziyyətini və fəaliyyət imkanlarını əsas tutaraq, Suraxanı “Fatimeyi-Zəhra” adına məscidin dindarlarının dini icmasının ləğv edilməsinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddia ərizəsi təmin edərək dini icmanın ləğv edilməsinə dair qətnamə qəbul edib.

Sonradan dini icma apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası qərarı qüvvədə saxlayıb. Lakin dini icma bu dəfə Ali Məhkəməyə kassasiya şikayəti verib.

Kassasiya şikayətinə baxan Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası icmanın ləğvi ilə bağlı qətnaməni qüvvədə saxlayıb. Nəticədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən “Fatimeyi-Zəhra” adına məscidin dindarlarının dini icmasının 17 oktyabr 1997-ci il tarixli qeydiyyatı ləğv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm