Generalın yoxlamalara başlamasına aydınlıq gətirildi
Bizi izləyin

Qırmızı.az

Generalın yoxlamalara başlamasına aydınlıq gətirildi

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yeni rəisi polis general-mayoru Mirqafar Seyidov paytaxtdakı polis idarə və bölmələrini yoxlamağa başlaması barədə məlumat yayılıb.

Qeyd olunur ki, M.Seyidov ilk yoxlamanı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsində (PB) həyata keçirib. Məlumata görə, M.Seyidov bölmənin inzibati binasına mülki geyimdə şikayətçi qismində daxil olub. Bölmə əməkdaşları M.Seyidovu tanımayıblar və BŞBPİ-nin rəisi dəhlizdə gözləməli olub. Bir müddət sonra isə gələn "şikayətçi"nin BŞBPİ-nin rəisi olduğu məlum olub.

Faktla bağlı bölmə əməkdaşları arasında cəzalananların olub-olmaması ilə bağlı məlumat veriləcək.

BŞBPİ-nin mətbuat xidməti hadisəyə münasibət bildirməyib.

Teleqraf.com məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin rəisi Vüsal Qaraşovun mövqeyini öyrənib.

"General-mayor Mirqafar Seyidov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olaraq paytaxtdakı bütün polis idarəsi və bölməsini yoxlamaq səlahiyyətinə malikdir. Nöqsan aşkarlandığı təqdirdə onun aradan qaldırılması və məsul şəxslərin cəzalandırılmasına dair əmr, qərar verə bilər. Yazırlar ki, polislər cənab generalı tanımayıblar. Azərbaycan dövlətçiliyinin qorunmasında, Daxili İşlər Nazirliyinin fəaliyyətinin güclənməsində Mirqafar Seyidovun rolu var. Daxili işlər orqanlarında çalışan hər bir kəs generalı yaxşı tanıyır və bununla qürur duyur. Digər tərəfdən polis bölməsi icraçı qurum olaraq istənilən vətəndaşı qəbul edib, dinləyir. Qısası, mətbuatda 8-ci polis bölməsində yoxlamaların olması barədə gedən məlumat doğru deyil. Mətbuatdan xahiş edirik ki, həqiqətə uyğun olmayan məlumatlar yaymasınlar və əldə etdikləri məlumatları Daxili İşlər Nazirliyi və ya Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm