Gəncədə partlayış olub - yaralı var
Bizi izləyin

Qırmızı.az

Gəncədə partlayış olub - yaralı var

Bu gün səhər saat 9:00 radələrində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, bina 27, mənzil 38 ünvanında partlayış baş verib.

AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, partlayış nəticəsində ev sahibi 42 yaşlı Qərənfil Hüseynova ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Hadisə nəticəsində mənzilə və ev əşyalarına da ciddi ziyan dəyib. Hətta partlayış binanın həyətində dayanmış avtomobillərə də zərər vurub.


Şahidlərin sözlərinə görə, partlayışa səbəb qaz sızması olub. Hazırda FHN və müvafiq qurumların əməkdaşları hadisə yerində araşdırma aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm