Bu yol yenidən bağlanır
Bizi izləyin

Qırmızı.az

Bu yol yenidən bağlanır

Koroğlu Rəhimov küçəsi yenidən bağlanır.

Bu barədə Publika.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti bu gün saat 22:00-dan etibarən paytaxtın Nərimanov rayonu ərazisində Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsi ilə kəsişməsinədək olan hissəsini yeni asfalt örtüyünün və səki daşlarının döşənməsi ilə əlaqədar avtomobillərin hərəkəti üçün tam bağlayacaq.

Bunu nəzərə alaraq əhalidən şənbə və bazar günlərində nəqliyyatdan mümkün qədər az istifadə edərək işin vaxtında təhvil verilməsinə şərait yaratmaları xahiş olunur.

Sürücülərə Təbriz küçəsi ilə kəsişmədən metronun “Nərimanov” stansiyası istiqamətində və yaxud Heydər Əliyev prospekti ilə Yusif Səfərov küçəsindən keçməklə hərəkət etmək və ya metronun “Gənclik” stansiyasından Fətəli xan Xoyski küçəsi ilə hərəkət edərkən Odlar Yurdu Universiteti istiqamətində aparılan təmir-tikinti işlərini nəzərə alıb hərəkəti yalnız tunellə “Nərimanov” stansiyası istiqamətində hərəkət tövsiyə olunur.

V. Əsədovun sözlərinə görə, iki günə bütün işlərin bitəcəyi gözlənilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm