Ən çox qəza bu yollarda baş verib
Bizi izləyin

Qırmızı.az

Ən çox qəza bu yollarda baş verib

Bu il ölkə ərazisində ən çox avtomobil qəzası baş verən magistral yollar Bakı-Şamaxı və Bakı-Ələt avtomagistralıdır.

Bu barədə Publika.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu ilin ilk 10 ayında Bakı-Şamaxı avtomagistralında 31 yol qəzası baş verib. Nəticədə 39 nəfər ölüb, 28 nəfər isə xəsarət alıb.

Bakı-Ələt avtomagistralında isə 28 hadisə qeydə alınıb. Nəticədə 30 nəfər ölüb, 23 nəfər yaralanıb.

K.Əliyev Bakı-Şamaxı yolunda qeydə alınan yol qəzalarının çox olma səbəbini həmin yolda qarşılıqlı hərəkət zolağının olmaması ilə əlaqələndirib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm