Qənirə Paşayeva Krım Tatar Milli Məclis başqanı Refat Çubarovla görüşüb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Krım Tatar Milli Məclis başqanı Refat Çubarovla görüşüb

Kırım Tatar Milli Məclisi başqanı Refat Çubarov Krım türklərinin üzləşdiyi problemlər, beynəlxalq təşkilatların və ictimaiyyətin Krım türklərinın vəziyyətinə lazımi diqqət göstərməməsi, Krım Tatar Milli Məclisinin Krım türklərinin haqlarını qorumaq istiqamətində gördüyü işlər, planlar barədə fikirlərini bölüşüb və bütün Türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözlədiklərini bildirib.

Millət vəkili Azərbaycan xalqının hər zaman Krımda yaşayan bacı-qardaşlarımızı düşündüyünü vurğulayıb. Qənirə Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-i və beynəlxalq ictimaiyyətin Krım türklərinin vəziyyətinə hər zaman biganə, laqeyd münasibətini kəskin qınayıb. O bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq Krım türklərinə ciddi dəstək istiqamətində addımları artırmalıdır. Türk Dünyasının Krım türklərinə daha çox diqqət göstərməsinin vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva diaspor təşkilatlarımızın da Krım türklərinə səsini beynəlxaql ictimaiyyətə daha geniş duyurulması istiqamətində fəallığını artırmalarının vacibliyini xüsusi vurğulayıb. Krım Tatar Milli Məclisi Başqanı Refat Çubarov yaşanan son hadisələr barədə daha geniş məlumat verərək Krım türklərinın Türk dünyasının dəstəyinə böyük ehtiyac duyduğunu deyiblər. Onlar bildiriblər ki, həm Krım türklərinın səsinin beynəlxalq təşkilat və qurumlara çatdırılmasında, onların haqlarının müdafiə olunmasında ciddi dəstəyə ehtiyac var. Görüşün sonunda millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Qənirə Paşayeva Krım Tatar Milli Məclisi Başkanı Refat Çubarova Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinə dair kitab, film və materialları təqdim edib və Qarabağ problemi ilə bağlı son durum barədə də danışıb və fikir mübadiləsi aparılıb.

Rəhbəri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin həyata keçirdiyi tədbirlər barədə danışan millət vəkili Qənirə Paşayeva qardaş xalqları, ölkələri bir-birinə daha da yaxınlaşdıran, qardaşları isə bir-birinə daha doğma edən layihələri gələcəkdə də həyata keçirməyi nəzərdə tutduqlarını və bu istiqamətdə Krım türkləri ilə də əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını deyib. O, yaxın günlərdə çapdan çıxacaq “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının növbəti sayında Krım türkləri, tarixi, mədəniyyəti, keçdikləri yol ilə də bağlı geniş yazıların öz əksini tapacağını deyib və gənclərimizin bir-birini daha yaxından tanımaq və sahib çıxmaq istiqamətində böyüdülməsi istiqamətində bu cür layihələrin böyük əhəmiyyət daşıdığını deyib. Krım Tatar Milli Məclisi başqanı Refat Çubarov Krım türkləri ilə bağlı yazıları, məqalələri və həyata keçirilən layihələrə görə millət vəkilinə təşəkkür edərək, bu kimi işlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm