Cəlilabadda yeni arxeoloji materiallar aşkar edilib
Bizi izləyin

Qırmızı.az

Cəlilabadda yeni arxeoloji materiallar aşkar edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muğan-neolit ekspedisiyası Cəlilabad royununda arxeoloji tədqiqat işlərini başa çatdırıb.

Ekspedisiyanın rəhbəri, tarix üzrə elmlər doktoru Tufan Axundovun Publika.az-a verdiyi məlumata görə, tədqiqat işləri rayonun Üçtəpə kəndi ərazisində aparılıb. Burada Polutəpə qədim yaşayış yerində 6 min bundan əvvələ aid maddi-mədəniyyət nümunələri - kərpicdən tikilmiş bina qalıqları, saxsı qablar, kiçikölçülü fiqurlar aşkar olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm