Qrant alınmasına dair müqavilənin qeydiyyatına dəyişiklik edildi
Bizi izləyin

Qırmızı.az

Qrant alınmasına dair müqavilənin qeydiyyatına dəyişiklik edildi

Azərbaycan Prezidenti İlham Əliyev “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 27 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 240 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmaunda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 27 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 240 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, №7, maddə 822) 3-cü hissəsi ləğv edilsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm