• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bu yollarda tıxac var - hərəkət məhdudlaşdırıldı

Bu yollarda tıxac var - hərəkət məhdudlaşdırıldı

Bakıda şənbə günü bəzi yollarda tıxac müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, hazırda F. Bayramov və G. Qədirbəyova küçələrində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı-Sumqayıt şosesindən üzü şəhər istiqamətində, Akademik H. Əliyev küçəsi və Həsənoğlu küçəsində də tıxac var.

NİİM-dən verilən məlumata görə, paytaxtda tıxac həm də təmirə bağlanan iki yolla əlaqədardır. Belə ki, Koroğlu Rəhimov küçəsi, Odlar Yurdu Universitetinin qarşısı bağlı olduğundan sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Tbilisi prospekti - Kənar yolda Cavadxan küçəsi ilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində aparılan təmir işləri ilə əlaqədar (yol genişlənməsi) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Sürücülərdən alternativ olaraq Tbilisi prospekti - Əsas yoldan (yol ötürücüsü ilə) və Cavadxan küçəsindən istifadə etmələri tövsiyə olunur.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR