İstirahət günü hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

İstirahət günü hava necə olacaq?

İstirahət günü Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-11, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm