Axır ki: “Axundov”un cari təmiri başladı - FOTO
Bizi izləyin

Qırmızı.az

Axır ki: “Axundov”un cari təmiri başladı - FOTO

“Heç olmasa sakinlər rahat şəkildə gedib-gələ bilsinlər”.

Bu sözləri Axar.az-a açıqlamasında Binəqədi Rayon İcra Hakimiyyətinin Təsərrüfat işləri üzrə şöbə müdiri Ədalət Rəcəbov S.S. Axundov küçəsində aparılan təmir işləri ilə bağlı məlumat verərkən deyib.

Onun sözlərinə görə, təmir işləri sadəcə gediş-gəlişi asanlaşdırmaq üçün aparılır:

“Öncə ərazinin relyefinə görə işləri aparmaq lazımdır. Bu ərazidə yolların bir tərəfinin eniş, digər tərəfinin yoxuş olması və ərazidə aparılan tikinti işləri yolların bərbad hala düşməsinə səbəb olur. Yağış yağdıqdan sonra ərazi gölə çevrilir. Bu işi bizdən öncə “Azərsu” aparmalıdı. Borular, su xəttləri dəyişdirilmədi və kanalizasiya sistemi normal gücü ilə işləməlidir. Hazırda biz yolu müvəqqəti abadlaşdırırıq. Heç olmasa sakinlər rahat şəkildə gedib-gələ bilsinlər”.

İcra nümayəndəsinin sözlərinə görə, ərazidə tikinti işləri bitər-bitməz yolların əsaslı təmirinə start veriləcək:

“Sadalanan bütün problemlər aradan qalxdıqdan sonra yolların əsaslı təmiri başlayacaq. İndi görülən işlər müvəqqəti xarakter daşıyır və yığılmış suyu təmizləyir, yolların kənarlarında yığılıb qalan daşları və torpaq örtüyünü düzəldirik”.

Xatırladaq ki, Binəqədi rayonundakı S.S.Axundov küçəsi ən bərbad yol sayılır: dəfələrlə ərazidən fotosesiyalar verməyimizə baxmayaraq, iki ilə yaxındır ki, yol bərbad vəziyyətdədir. Yağış yağarkən marşrut avtobusları və sedan avtomobillər üçün keçilməz olan bu işlək yol sakinlərin haqlı narazılığına səbəb olur. Axar.az redaksiyasının da yerləşdiyi bu ərazidə bir neçə dəfə marşrut avtobusu sürücüləri pul yığaraq, yüngül təmir işləri aparmağa cəhd etsələr də, bu cəhdlər heç nəyə yaramayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm