Sürücülərin diqqətinə - yol açıldı
Bizi izləyin

Qırmızı.az

Sürücülərin diqqətinə - yol açıldı

Paytaxtda daha bir yolda hərəkət bərpa olunub.


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsi ilə kəsişməsinə qədər olan hissəsindəki yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.


Aparılan təmir işləri yekunlaşıb.


Xatırladaq ki, Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən başlayaraq Fətəli xan Xoyski küçəsinə qədər olan hissəsi asfalt örtüyünün yenilənməsi və digər təmir işləri ilə əlaqədar olaraq noyabrın 14-də iki günlük tam bağlanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm