Qırmızı.az
DSMF-nin 2015-ci il büdcəsinin gəlirlərinin 64%-ni sosial sığorta haqları təşkil edəcək
"Sosial islahatların Azərbaycan modelinin tətbiqi nəticəsində əldə olunmuş əsas nailiyyətlərdən biri ölkənin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsinin təmin edilməsidir".
Publika.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il üçün büdcə layihəsi barədə media nümayəndələrinə açıqlama verən Fondun sədri Elman Mehdiyev deyib.
E.Mehdiyevin sözlərinə görə Azərbaycanın müasir əsaslı
sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı
fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara
görə təyin olunan pensiyalar həlqəsi qurulmuşdur ki, bu şəraitdə
ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan
əməkhaqlarının artımı DSMF-nin gəlirlərinin artımını da
şərtləndirir. Pensiyaların və fərdi hesablara toplanan sosial
sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il
indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli
şəkildə qorunmasını təmin edir.
Beləliklə, ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial
müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab
verən çevik modeli fəaliyyət göstərir ki, bu əsasda formalaşan
Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik və
iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın
əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə
yönəldilməsi mexanizmini ifadə edir. Həmin mexanizmin çevik
fəaliyyəti nəticəsində ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta
aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və
qeydiyyatın gücləndirilməsi hesabına son 10 il ərzində Dövlət
Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmuş sosial sığorta
haqlarının məbləği 8 dəfə artaraq 1 milyard 780 milyon manata
çatmışdır. DSMF-nin 2015-ci ildə isə sosial sığorta haqları üzrə
gəlirləri 1 milyard 950 milyon manat məbləğində nəzərdə tutulur.
Növbəti ildə 60 yaşdan yuxarı şəxslərin əhalinin cəmi sayındakı
xüsusi çəkisinin 9,2% təşkil edəcəyi nəzərə alınarsa, bu
kateqoriyanın əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in
0,50%-i qədər pensiya xərci düşür ki, bu da beynəlxalq aləmdə qəbul
edilmiş göstəriciyə (0,3-0,48%) uyğundur.
Fondun 2015-ci il üçün büdcə proqnozları barədə məlumat verən
E.Mehdiyev bildirib: “Növbəti il üzrə fondun büdcə layihəsi
hazırlanarkən əsas inkişaf göstəriciləri, eləcə də növbəti il üzrə
ölkədə orta aylıq əmək haqqının artım göstəriciləri nəzərə alınıb”.
Qeyd olunub ki, layihədə DSMF-nin 2015-ci il üçün gəlirləri 3
milyard 56 milyon manat proqnozlaşdırılır ki, bu da 2014-cü ilin
göstəricisinə nisbətən 127,8 milyon manat və ya 4,4 faiz çoxdur.
Fondun 2015-ci il üçün gəlirlərinin 64 faizini və ya 1 milyard 950
milyon manatını məcburi dövlət sosial sığorta haqları üzrə
daxilolmalar təşkil edəcək. DSMF-nin ümumi daxilolmalarında dövlət
büdcəsindən ayrılan transfertin məbləğinin xüsusi çəkisi isə 36%-ə
enəcəkdir.
Qeyri-büdcə üzrə gəlirlərin artımının növbəti ilin büdcə
layihəsində xüsusilə hədəfə alındığını vurğulayan DSMF sədri
diqqətə çatdırıb ki, bu hesaba Fondun 2015-ci il üçün büdcəsi
layihəsində ümumi gəlirlərin daxilində qeyri-büdcə daxilolmalarının
əhəmiyyətli şəkildə, 2014-cü ilin proqnozu ilə müqayisədə 11,7 faiz
artımı nəzərdə tutulub.
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ