Polisdən əməliyyat: 12 kq narkotik vasitə tutuldu
Bizi izləyin

Qırmızı.az

Polisdən əməliyyat: 12 kq narkotik vasitə tutuldu

Azərbaycanın cənub bölgəsində həyata keçirilən əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə götürülüb.


Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Biləsuvar RPŞ və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də rayonun Amankənd kəndinin ərazisində İran vətəndaşı Həmid Qureyşi Mirətadan 5 kq tiryək götürülüb.


Biləsuvar RPŞ və Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsi və DSX-nin həyata keçirdiyi digər birgə əməliyyatlar nəticəsində noyabrın 16-da Yardımlı rayonu Pirembel kəndi ərazisində Bakı şəhər sakini Əzməmməd Məmmədovdan 1 kq tiryək və 6 kq həşiş qətranı götürülüb.


Hər iki faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm