“Azəryolservis”də qış hazırlığı: 1047 maşın-mexanizm hazır vəziyyətə gətirilib
Bizi izləyin

Qırmızı.az

“Azəryolservis”də qış hazırlığı: 1047 maşın-mexanizm hazır vəziyyətə gətirilib

“Qeyri-sabit hava şəraitində yarana biləcək xoşagəlməz hadisələrin aradan qaldırılması üçün kifayət qədər material ehtiyatı, saz və hazır vəziyyətə gətirilmiş maşın-mexanizmlər var. İlkin mərhələ olaraq 24885 kub metr qum, 1160 ton texniki duz ehtiyyatı yaradılıb, 500 ton texniki duzun əlavə alınması üçün müqavilə bağlanıb. Bundan əlavə, 1047 ədəd maşın-mexanizm və nəqliyyat vasitəsi hazır vəziyyətə gətirilib”.

Bu barədə Publika.az-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Bütün prosesin tam nəzarət altında olduğunu deyən mətbuat katibinin sözlərinə görə, zərurət yaranarsa, texniki duz, qum ehtiyyatı, maşım-mexanizmlər və nəqliyyat vasitələrinin sayı yenidən artırılacaq.

P. Mürsəliyev həmçinin bildirib ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-in tabeliyində olan idarə və müəssisələrin 2014-2015-ci illər üzrə payız-qış mövsümünə hazırlıq məqsədilə artıq əmr hazırlanıb. Əmrə əsasən payız-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə Cəmiyyətin mərkəzi aparatında qərərgah yaradılıb.

Bundan əlavə Yol İstismar İdarələri xidmət etdiyi avtomobil yolları üzrə tədbirlər planını hazırlayaraq icrasına başlayıb: “Buraya avtomobil yollarının, yol avadanlıqlarının texniki vəziyyətinə baxış keçirmək, yol texnikasının, maşın-mexanizmlərin, nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi, körpülər yerləşən ərazidə çayların yataqlarının, yollarda suötürücü boruların, küveytlərin təmizlənməsi, işçilərin xüsusi geyimlərlə təmin olunması, tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyyatının yaradılması daxildir”.

P. Mürsəliyev bildirib ki, eyni zamanda magistral yollarda, dağlıq rayonlarda, Bakı şəhərində yerləşən avtomobil yolları, prospekt və küçələrdə mövcud vəziyyətlə bağlı operativ tədbirlərin görülməsi üçün Cəmiyyətin mərkəzi aparatında sutkalıq növbətçilik təşkil olunub. Avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə məlumatlar operativ növbətçilər tərəfindən müntəzəm şəkildə qeydə alınacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm