Sabahdan rezidenturaya ərizə qəbulu başlayır
Bizi izləyin

Qırmızı.az

Sabahdan rezidenturaya ərizə qəbulu başlayır

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məlumat yayıb

Fevralın 11-dən 20-dək rezidentura səviyyəsinə keçiriləcək qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrin qəbuluna başlanılır.

Publika.Az-ın verdiyi məlumata görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məlumat yayıb.

Artıq “Rezidentura” jurnalının 2-ci sayı nəşr olunub.

Namizədlər “Namizədin elektron ərizəsi” for­masını Azərbaycan Tibb Universitetində və TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Quba, Lənkəran, Şirvan, Göyçay və Ağcabədi regional bölmələrində yaradılmış SQK-da təsdiq etdirirlər.

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları ”Namizədin elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da doldurur və təsdiq etdirirlər.

Ali təhsil müəssisələrini xarici ölkələrdə bitirən Azərbaycan Respublikasının vətəndaşları ”Namizə­din elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.

Rezidenturaya qəbul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Namizədin elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin birinci mərhələdə qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılır.

İmtahanın birinci mərhələsi martın 30-da, ikinci mərhələsi iyulun 27-də keçiriləcək.

İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.

Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.

Hər bir mərhələ üzrə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində keçirilir.

İmtahanda iştirak etmək üçün namizəd martın 27- dən 29 dək olan müddətdə eservices.tqdk.gov.az/erizerez internet səhifəsindən imtahanın birinci mərhələsi üçün “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürür.

Namizədlər imtahana gələrkən “Namizədin imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyəti təsdiq edən sənədin əslini mütləq özləri ilə gətirməlidirlər. İmtahanın vaxtı və yeri “Namizədin imtahana buraxılış vərəqəsi”ndə göstərilir.

Qeyd edək ki, jurnalsda həmçinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2014/2015-ci tədris ili üçün Rezidenturaya qəbul elanı, rezidenturaya ərizə verən namizəd üçün təlimat, namizədin Elektron Ərzəsi”nin doldurulma qaydası, “Namizədin Elektron Ərzəsi”nin nümunəsi, rezidenturaya qəbul proqramları (ixtisas fənləri üzrə) ilə də tanış ola bilərlər.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm