Əcnəbilərlə bağlanan nikahların sayı artıb
Bizi izləyin

Qırmızı.az

Əcnəbilərlə bağlanan nikahların sayı artıb

Azərbaycanda əcnəbi vətəndaşlarla bağlanan nikahların sayı artıb.

Bu barədə Publika.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova məlumat verib.

Komitə rəsmisi bildirib ki, 2011-ci ildə 2696, 2012-ci ildə 2688 xarici vətəndaşla nikah bağlanıbsa, 2013-cü ildə bu rəqəm 2780 nikah təşkil edib.

“Lakin həmin şəxslərin milliyyətini araşdıranda görürük ki, bunların əksəriyyəti Rusiyada, Gürcüstanda çoxdan yaşayan, həmin ölkələrin vətəndaşlığını qəbul edən azərbaycanlılardır. İkinci yerdə isə dil, din baxımından bizə yaxın olan ölkələrdən, o cümlədən, İrandan, Türkiyədən və digər dövlətlərdən olan vətəndaşlardır”, - A. Veysəlova belə deyib.

A.Veysəlovanın sözlərinə görə, əcnəbilərlə qurulan nikahların çox az bir qismi həqiqətən tamamilə əcnəbi vətəndaşlarla, məsələn, ərəb, amerikalı və ya digər millətlərlə olan nikahlardır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm