Küləkli və yağışlı hava şəraiti davam edəcək
Bizi izləyin

Qırmızı.az

Küləkli və yağışlı hava şəraiti davam edəcək

Azərbaycanda qeyri-sabit hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Əsasən şimal və şərq rayonlarında havanın yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 5-10 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm