Bakıda uşaqların idarəçiliyi ilə forum keçirilir
Bizi izləyin

Qırmızı.az

Bakıda uşaqların idarəçiliyi ilə forum keçirilir

Bu gün Azərbaycan Uşaqlarının III Forumu keçirilir. Publika.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə keçirilən forum iştirakçılarına Prezident İlham Əliyev təbrik məktubu ünvanlayıb.


Məktubu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub. Daha sonra uşaq siyasəti ilə bağlı film nümayiş olunub.


Forumda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu cür Forumların keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirib.

“Qloballaşma şəraitində uşaqların hüquqlarının qorunması bütün bəşəriyyəti düşündürür. Ümid edirik ki, yer üzündə yaşayan uşaqların, o cümlədən Azərbaycan uşaqlarının hər birinin arzu və istəkləri həyata keçiriləcək və müharibədən, zorakılıqdan uzaq həyat sürəcəklər".


H. Hüseynova uşaqların intellektual və hüquqi biliklərinin artmasında Forumların xüsusi rolunun olduğunu da vurğulayıb. Onun sözlərinə görə, əvvəlki forumlarda təklif olunan bir sıra məsələlər həllini tapıb.

Forumda təhsil nazirinin nüavini Firudin Qurbanov, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Əmək və əhalinin sosial müdafiəsi nazirinjn müavini Natiq Məmmədov, Xarici işlər Nazirliyinin İnsan Hüquqları və Demokratiya İdarəsinin rəisi Marat Kəngərlinski, Bakı Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva, YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Andro Şilakadze çıxış ediblər.


Foruma ümumilikdə 350 nəfərə yaxın uşaq, həmçinin xüsusi istedadı olan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, sağlamlıq imkanları məhdud, digər millətlərdən olan, valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün uşaqlar nümayəndə qismində seçilib. Forumu uşaqlar özləri idarə edib. Forum zamanı bu gün uşaqlar üçün aktual hesab olunan 7 mövzu üzrə aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlərin iştirakı ilə qrup müzakirələr keçirilib.


Forumun yekunu olaraq Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu iştirakçıları adından prezident İlham Əliyevə müraciət, Forumun Yekun Bəyənnaməsi və Azərbaycan uşaqları adından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara ünvanlanmış bəyənat qəbul ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm