AST Telmanın otelinin müsadirəsinə aydınlıq gətirildi
Bizi izləyin

Qırmızı.az

AST Telmanın otelinin müsadirəsinə aydınlıq gətirildi

Azərbaycan Beynəlxalq Bankı iş adamı Telman İsmayılovun otelinə əl qoymayıb.

Bu barədə Axar.az-a Azərbaycan Beynəlxalq Bankının Moskva bürosundan məlumat verilib.

Bank “Kommersant” qəzetində ABB-nin müsadirə etdiyi obyektlər kimi göstərilən yerlərin heç birinin onlarla əlaqədar olmadığını bildirib:

“Sizin göndərdiyiniz sorğuya cavab olaraq bildiririk ki, 13.11.2014-cü il tarixində “Kommersant” qəzetində göstərilən obyektlərin heç biri nə birbaşa, nə də ki dolayısı yolla bizim bankın fəaliyyətinə aiddir. Materialda yazılanlardan yalnız bir məsələnin bizə aidiyyəti var: Azərbaycan Beynəlxalq Bankında həqiqətən AST QOF-un hesabı var və hazırda bu şirkət bizim kredit borclumuzdur”.

Qeyd edək ki, bir müddət öncə “Kommersant” qəzetində ümumi dəyərləri 50 milyon dollar olaraq qiymətləndirilən Nikitski bulvarındakı uzun müddətdir tikilməkdə olan, həmçinin və Moskva şəhərinin qərbində yerləşən otellərin artıq Azərbaycan Beynəlxalq Bankının (ABB) mülkiyyətinə keçdiyi haqqında məlumat yayılmışdı. "Manqazeya" qrupunun nümayəndələri isə "Kommersant" qəzetinə həqiqətən Nikita bulvarı 6/20 ünvanda yerləşən mehmanxananın Azərbaycan Beynəlxalq Bankının nəzarətini keçdiyini bildirmişdi.

Onu da xatırladaq ki, 2008-ci ilə kimi Telman İsmayılov ən nüfuzlu Moskva biznesmenlərindən olub. Onun AST qrupu qalmaqalla sökülən “Çerkizov” bazarını, “Voentor” binasını, Yeni Arbatda yerləşən “Praqa” restoranını və Moskva ətrafı 3 min hektara yaxın ərazini nəzarətində saxlayırdı. Lakin 2008-ci ildə hüquq-mühafizə orqanları “Çerkizov” bazarında 2 milyard dollar qiymətində qaçaqmal qeydə aldı. Ticarət sahəsi bağlandı, İsmayılov özü isə Türkiyəyə yerləşdi.

"Forbes" hazırda onun sərvətini 0,75 milyard dollar dəyərində qiymətləndirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm