Məktəblərə şagird qəbulunda yenilik
Bizi izləyin

Qırmızı.az

Məktəblərə şagird qəbulunda yenilik

Növbəti ilin fevral ayından etibarən şagirdlərin məktəblərə qəbulu elektron qaydada (məktəb seçimi elektron qaydada valideyn tərəfindən, müəllim seçimi isə xüsusi proqram tərəfindən həyata keçirilməklə) aparılacaq.

Publika.az-ın məlumatına bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 illik fəaliyyətinə dair hesabatda qeyd olunub.

Beləliklə, valideynlərin məktəb seçimi və qeydiyyatı prosesi asanlaşdırılacaq və yarana biləcək mənfi halların qarşısı alınacaq.

Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrinin daxili təsərrüfat ehtiyaclarının ödənilməsində yaranan çətinliklərin aradan qaldırılması məqsədilə həmin müəssisələrin direktorlarına 2013-cü ilin dekabr ayından etibarən avans şəklində müvafiq aylıq vəsaitlərin (400-600 AZN) ödənilməsi prosesi həyata keçirilib.

Bundan başqa, ictimaiyyətin məktəblərin fəaliyyətini daha yaxından izləməsi məqsədi ilə ümumtəhsil məktəblərinin saytlarının yaradılması istiqamətində işlər görülür və ilin sonundan bu saytların istifadəyə verilməsi nəzərdə tutulub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm