Təcavüz edib, bıçaqla boğazını kəsdilər - ŞOK OLAY
Bizi izləyin

Qırmızı.az

Təcavüz edib, bıçaqla boğazını kəsdilər - ŞOK OLAY

Türkiyənin Aksaray vilayətində 17 yaşlı S.İ. işlədiyi gözəllik salonundan çıxıb evə gedən zaman iki nəfər tərəfindən qaçırılaraq zorlanıb.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. Gözəllik salonunda işləyən S.İ. adlı gənc qız işdən çıxıb evin yolunu tutub. Gənc xanımın evinə təxminən 200 metr qalmış yanına bir avtomobil yaxınlaşıb. Avtomobildən düşən iki nəfər onu zorla avtomobilə mindirərək qaçırıblar. S.İ.-ni boş bir əraziyə aparan cinayətkarlar burada gənc qıza təcavüz edib.

Başından xəsarət alan, boğazından bıçaqlanan qadın zorla qaçaraq canını xilas edib. Qanlar içində magistral yola çıxan gənc qız yoldan keçən sürücülərdən yardım istəyib. Hadisə yerinə polis və təcili yardım çağırılıb.

Hazırda polis cinayətkarları axtarır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm