Bakıda 3 məktəbin fəaliyyəti dayandırıldı
Bizi izləyin

Qırmızı.az

Bakıda 3 məktəbin fəaliyyəti dayandırıldı

Bu il ərzində paytaxtda 3 məktəbin fəaliyyəti dayandırılıb, 4 məktəb birləşdirilib.

Publika.az-ın məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 illik fəaliyyətinə dair hesabatda qeyd olunub.

Paytaxtda ümumtəhsil müəssisələrinin rasionallaşdırılması və təhsil infrastrukturunun səmərəli istifadəsi tədbirləri çərçivəsində uzun illər potensial şagird tutumundan dəfələrlə az şagird sayı ilə fəaliyyət göstərdiyinə və perspektivdə şagirdlərin artımı proqnozlaşdırılmadığına görə 152, 172, 88 saylı məktəblərin fəaliyyəti dayandırılıb. Şagird və müəllimlər yaxın məktəblərə yerləşdirilib. Binalarında əsaslı təmir və tikinti işləri aparılan digər təhsil müəssisələri isə bu məktəblərin binalarında yerləşdirilib.

189, 190 saylı məktəblər və 5, 292 saylı məktəblər isə ərazi baxımından yaxın yerləşməsi və birində nəzərdə tutulduğundan artıq, digərində isə az şagird təhsil aldığı üçün şagird sayının balanslaşdırılması, idarəetmənin təkmilləşdirilməsi və optimallaşdırılması üçün birləşdirilib.

Cari tədris ilində anoloji tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqamətində müvafiq tədbirlər aparılıb. Aparılmış araşdırmalar nəticəsində aşkar olunmuş qanun pozuntuları faktları barədə təqdimatlar əsasında 7 məktəb direktoru və 3 direktor müavini tutduğu vəzifədən azad edilib, 32 məktəb direktoru və 16 direktor müavini intizam məsuliyyətinə cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm