Məktəblərdə hazırlıq kurslarına özəl qurumlar cəlb edilib
Bizi izləyin

Qırmızı.az

Məktəblərdə hazırlıq kurslarına özəl qurumlar cəlb edilib

Təhsil nazirinin müvafiq əmrinə əsasən, bir sıra məktəblərdə məktəbəqədər hazırlıq qrupları açılıb. Hazırlıq qrupları 89 məktəbdə fəaliyyət göstərir. 74 məktəbdə 139 qrup üzrə 1925 uşağın hazırlığı ilə 139 müəllim məşğul olur. Qalan 15 məktəbdə isə hazırlıq prosesi özəl quruma həvalə edilib.

Publika.az-ın məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 illik fəaliyyətinə dair hesabatda qeyd olunub.

Oktyabrın 15-dən mayın 25-dək davam edəcək, həftədə 4 gün fəaliyyət göstərəcək hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsidir.

Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəqədər hazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual, müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərmiş ibtidai sinif müəllimlərinə üstünlük verilib.

2015-ci il dekabr ayının 31-dək 6 yaşı tamam olan uşaqların təhsil ala biləcəyi məktəbəqədər hazırlıq qrupları ödənişli əsaslarla aparılır. Sonda hazırlıq qrupunu bitirən uşağa rəsmi sənəd – arayış veriləcək.

Müəyyən səbəblərdən hazırlıq qrupuna vaxtında başlaya bilməyən uşaqlar üçün valideynlərin müraciətlərinə əsasən, dərs ilinin ikinci yarısından etibarən əlavə qruplar təşkil oluna bilər. Qruplar təşkil olunduğu halda, yanvar ayının 10-dan başlayaraq iyun ayının sonunadək davam edəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm