Kürdəmir avtomobil yolunun tikintisi zamanı dövlətə ziyan vurulub
Bizi izləyin

Qırmızı.az

Kürdəmir avtomobil yolunun tikintisi zamanı dövlətə ziyan vurulub

Hesablama Palatası dövlət büdcəsindən bir sıra sahələr üzrə ayrılan vəsaitin düzgün xərclənməməsi və dövlətə vurulan ziyanla bağlı Baş Prokurorluğa müraciət edib.

Publika.az-ın məlumatına görə, Kürdəmir rayonunda “Mollakənd-Axtarçı-Öyləqulu avtomobil yolunun tikintisi” obyekti üzrə yerinə yetirilməmiş işlər üzrə ödənişlərin edilməsi, görülən işlərin yarasızlığı və bu kimi digər maliyyə pozuntusu hallarına, nöqsan və çatışmazlıqlara yol verməklə dövlətə külli miqdarda ziyan vurulması ilə bağlı məlumatlar Baş Prokurorluğa göndərilib

Hesablama Palatasının 2014-cü il noyabr ayının 14-də keçirilən Kollegiya iclasında dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Ağsu rayon İcra Hakimiyyətinə sosial infrastruktur layihələrinin maliyyələşdirilməsinə, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından 2011- 2013-cü illər və 2014-cü ilin birinci yarımili üzrə Kürdəmir Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi, dövlət büdcəsindən Bakı şəhər İcra Hakimiyyətinin Məktəbəqədər təhsil müəssisələri və Uşaq evləri İdarəsi üzrə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların, həmçinin dövlət büdcəsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsi üzrə audit tədbirlərinin nəticələri barədə Hesabat və Rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.


Qeyd edilmiş nəzarət tədbirləri üzrə müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunması qərara alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm