Qənirə Paşayeva Almaniyada fəxri professor seçildi
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Almaniyada fəxri professor seçildi

Millət vəkili Avropa Akademiyasının və Avropa Universitetinin fəxri professoru seçildi

Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Akademiyasının və Avropa Universitetinin böyük elmi şurasının birgə qərarı ilə Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva Avropa Akademiyasının və Avropa Universitetinin fəxri professoru seçilib.

Q.Paşayeva fəxri professor seçilməsi ilə bağlı "Facebook"dakı şəxsi profilində bunları yazıb:

"Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Akademiyasının və Avropa Universitetinin böyük elmi şurasının birgə qərarı ilə Avropa Akademiyasının və Avropa Universitetinin fəxri professoru seçilmək siyasi elmlər üzrə fəlsəfə doktoru olaraq mənim üçün gözəl bir xəbər oldu. Gözəl əməkdaşlığımız inşallah daha da genişlənəcək. Bu xəbərdən ən çox sevinən isə müəllim və alimlərin çoxluq təşkil etdiyi ailəm, dostlarım oldu. Mənə müəllimlik peşəsini sevdirən ailəmə, ilk dəfə müəllim kimi güvənən Xəzər Universitetinə və indi çalışdığım Odlar Yurdu Universitetinə, namizədlik dissertasiyamı müdafiə etdiyim Prezident Yanında Dövlət İdarəçilik Akademiyasına, doktorluq dissertasiyası üzərində işlədiyim AMEA-nın İnsan Hüquqları İnstitutuna, elmi araşdırmalarımda mənə öz dəyərli məsləhətləri ilə dəstək olmuş bütün ziyalılara, sevimli tələbələrimə təşəkkür edirəm və bu gözəl sevinci onlarla bölüşürəm.

Mənə bu etimadı göstərən Avropa Akademiyası və Avropa Universitetinə xüsusi təşəkkür edirəm. Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru kimi bundan sonra da elm sahəsində çalışmalarımı davam etdirəcəm. Artıq konfliktologiya ilə bağlı çox maraqlı araşdırmalarımı və Cənubi Qafqazdakı münaqişələrlə bağlı doktorluq işimi də yekunlaşdırıram və bir-iki ay içində müzakirələrə başlaya biləcəyik. Bu mövzu ilə bağlı xarici ölkələrdə nəşr etdirdiyim bir sıra məqalələrdən bu mövzuya böyük maraq olduğunu görürəm.

Bir daha məni fəxri professor adına layiq görən Avropa Akademiyasına və Avropa Universitetinə təşəkkür edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm