Betonqarışdıran maşın aşdı, yolda tıxac yarandı - Yenilənir - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Betonqarışdıran maşın aşdı, yolda tıxac yarandı - Yenilənir - FOTOLAR

Hazırda Bakı dairəvi yolunda baş vermiş yol-nəqliyyat hadisəsinin nəticələrini aradan qaldırır. Onun sözlərinə görə, betonqarışdıran maşın idarəetməni itirməsi nəticəsində aşaraq ayırıcı metal çəpərin xeyli hissəsinə zərər yetirib. Qəza nəticəsində yanacaq-sürtkü materialları və beton kütləsi də yola dağılıb.

Avtomobilin yoldan götürülməsi üçün qaldırıcı kran cəlb olunsa da, onu yoldan kənarlaşdırmaq mümkün olmayıb. Yolda qaldırıcı kranın olması avtomobillərin hərəkətinə mane törətdiyinə görə o, yolun hərəkət hissəsindən aparılıb.

P.Mürsəliyev əlavə edib ki, aşan maşın hələ yoldadır, lakin avtomobillərin hərəkətinə mane olmur: "O, qəza yerindən götürüldükdən sonra yol-nəqliyyat təsərrüfatına dəymiş ziyan hesablanacaq".

17:00

Qaradağ rayonunda “KamAz” markalı betonqarışdıran maşın aşıb.

Bu barədə Publika.az-a Qaradağ rayon Polis İdarəsinin növbətçi hissəsindən məlumat verilib. Hadisə bu gün saat 16.00 radələrində Bakı Dairəvi yolunda baş verib.

Hadisə nəticəsində “KamAz” markalı avtomobilin sürücüsü xəsarət alıb. Maşında olan beton yerə töküldüyündən Dairəvi yolda tıxac yaranıb.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hazırda ərazidə olan beton təmizlənir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm