Çaylarda su azalıb
Bizi izləyin

Qırmızı.az

Çaylarda su azalıb

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-220, Kiçik Qafqazın çaylarında 130-140, Lənkəran-Astara bölgəsi çaylarında 50-70, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.Az-a verilən məlumata görə, fevralın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 59 m3/s olmaqla, ongünlük normanın 86 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Salyanda 9, Bankədə 7, Kür çayının Surra məntəqəsində, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma müşahidə olunub. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 404 sm (2013-cü il fevralın 10-da 458 sm), Şirvanda 285 sm (2013-cü il fevralın 10-da 348 sm), Salyanda 261 sm (2013-cü il fevralın 10-da 310 sm), Bankədə 232 sm (2013-cü il fevralın 10-da 261 sm), Araz çayının Novruzlu məntəqəsində isə 190 sm (2013-cü il fevralın 10-da 216 sm) təşkil edir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm