Bakıda qız üstündə qanlı dava - ŞOK TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Bakıda qız üstündə qanlı dava - ŞOK TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

Sabunçu rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, Gəncə prospekti ev 54, mənzil 75 ünvanında Kamil Bədəlov qətlə yetirilib. İlkin məlumata görə, onu qətlə yetirməkdə şübhəli bilinən Xalıq Qurbanov saxlanılıb. Xalıq Qurbanov Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə şübhəli şəxs qismində ifadə verib. Vəkili Adəm Məmmədovun iştirakı ilə ifadə verən Xalıq Qurbanov qətl hadisəsini törətmədiyini bildirib.

Adəm Məmmədov Teleqraf.com-a bildirib ki, digər şübhəli şəxs Ədalət Əhmədov cinayəti tək törətdiyini etiraf edib. Onun sözlərinə görə, bu səbəbdən hüquqlarını müdafiə etdiyi Xalıq Qurbanovun günahsız olması üzə çıxıb: “Sabunçu rayon Prokurorluğunun müstəntiqini təqdimatı ilə Xalıq Qurbanov cinayət məsuliyyətindən azad edilib və o, müvəqqəti saxlandığı yerdən azadlığa buraxılıb”.

Teleqraf.com-un əməkdaşı hadisənin bəzi təfərrüatlarını öyrənib. Məlumata görə, Kamil Bədəlovla Xalıq Qurbanovun arasında qız üstündə mübahisə yaranıb. Kamil Bədəlov və Xalıq Qurbanovun ortaq tanıdıqları bir qız olub. Dəfələrlə məhkum olunmuş və Cinayət Məcəlləsinin 6 maddəsi ilə axtarışda olan Kamil Bədəlov qızdan əl çəkməsi üçün Xalıq Qurbanovdan pul tələb edib.

Kamil Bədəlov məsələni aydınlaşdırmaq üçün Xalıq Qurbanovla görüşmək istəyib. O, görüş yerinə dostu Ədalət Əhmədovla gəlib. Kamil Bədəlov Xalıq Qurbanovla olan mübahisəsinin əsl mahiyyətini Ədalət Əhmədovdan gizlədib. Kamil Bədəlov tanışını aldadıb ki, meyxana ifaçısı olan Xalıq Qurbanovla “söz” mübahisəsi olub və bunu aydınlaşdırmaq istəyib. Ədalət Əhmədov da Kamil Bədəlovla birlikdə Xalıq Qurbanovla görüşüblər. Görüş zamanı Ədalət Əhmədov mübahisənin əsl mahiyyətini bilib və buna görə də Kamil Bədəlovla mübahisə edib ki, belə söhbətə onu niyə gətirib. Həmin vaxt Xalıq Qurbanov oradan gedib. Bundan sonra Kamil Bədəlovla Ədalət Əhmədov mübahisə edib və mübahisə qətllə nəticələnib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bu gün yaydığı məlumata görə, Kamil Bədəlovu qətlə yetirməkdə təqsirli bilinən Ədalət Əhmədov saxlanılıb. Məlumatda qeyd olunur ki, noyabrın 14-də Kamil Bədəlovu qətlə yetirən Bakı şəhər sakini Ədalət Əhmədovun sərnişin qismində getdiyi, həmyerlisi Vüsal İbrahimli tərəfindən idarə edilən “VAZ-2107” markalı avtomobil noyabrın 16-da Qazax rayonu ərazisində saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm