Mövqelərimiz 6 istiqamətdə atəşə tutuldu
Bizi izləyin

Qırmızı.az

Mövqelərimiz 6 istiqamətdə atəşə tutuldu

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 24 dəfə pozulub.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Füzuli rayonunun Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm