Məcburi köçkünlərin yataqxanasında döşəmə uçdu, bir nəfər yaralandı
Bizi izləyin

Qırmızı.az

Məcburi köçkünlərin yataqxanasında döşəmə uçdu, bir nəfər yaralandı

Bakı Slavyan Universitetinin Binəqədi rayonu ərazisində yerləşən yataqxanasında döşəmə uçub, bir nəfər xəsarət alıb.

Yataqxananın komendantı Vüqar Piriyevin Publika.az-a verdiyi məlumata görə, hadisə 44 yaşlı Emin Ələkbərovun ehtiyatsızlığından baş verib:

“Məcburi köçkünlərin Sosial İnkişaf fondu tərəfindən binanın ümumi istifadə yerlərində təmir başlanıb. Təmir aparılan yerlərə xəbərdarlıqedici xətlər də çəkilmişdi. E.Ələkbərov uşağın mətbəxə keçdiyini düşünüb, onu çıxartmaq üçün təmir aparılan əraziyə daxil olub. Ayağının altında panel qopduğundan aşağı düşüb, qolu çıxmışdı. Xəstəxanaya apardılar, artıq həmin şəxs evə gətirilib”.

Komendant ötən həftədən başlanan təmir işlərinin hələ növbəti ay da davam edəcəyini bildirib. Yataqxanada 125 məcburi köçkün ailəsi yaşayır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm