Cəlilabadda uşaq ölümü ilə bağlı araşdırma başladı
Bizi izləyin

Qırmızı.az

Cəlilabadda uşaq ölümü ilə bağlı araşdırma başladı

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı uşaq ölüb. Publika.az-ın məlumatına görə, 29 yaşlı Gülər Şükürova və yaxınları körpənin ölümündə həkimləri günahlandırır.

Ailə iddia edir ki, vaxtında müayinə edilsəydi, uşaq qeysəriyyə yolu ilə dünyaya gəlsəydi, nəticə belə olmazdı.

Xəstəxananın baş həkimin müavini Valeh Məmmədov Publika.az-a açıqlamasında uşağın ölümünə səbəb asfiksiya və beyin ödeminin olduğunu deyib:

“Ananın çanağı dar olub, uşaq isə 3 kq 800qram olub. Bu da uşağın travma almasına səbəb olub. 90% uşaqlar bu doğuşdan sonra sağ qalır. Bu faktda, təəssüf ki, ölüm olub”.

V.Məmmədov ailənin qeysəriyyə edilməməsi ilə bağlı iddiaları ilə razılaşmadı:

“Bizim həkimlərimiz uşağın qeysəriyyə ilə doğulmasını təklif etsələr də, ailə razı olmayıb. Həkimlərin pul üçün bu cür təklif etdiklərini deyiblər. Ailə 70 manat pul ödəyib, 120 manat pul istəyir bizdən. Uşağı evə aparıblar, dəfn ediblər və ekspertiza aparılmasına razı olmayıblar. Lakin məsələ Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılacaq. Hazırda sənədlər baş həkimdədir, həkim Asifə Qasımovanın səhvi olması təsdiqlənərsə, güman ki, o, işdən çıxarılacaq. Nəticə barədə ailəyə də məlumat veriləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm