Bir həftə əvvəl kanalda batan uşağın meyiti tapıldı
Bizi izləyin

Qırmızı.az

Bir həftə əvvəl kanalda batan uşağın meyiti tapıldı

Mingəçevirdə 7 gün öncə kanalda batan uşağın cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, “Böhran Vəziyyətlərində İdarəetmə mərkəzi"nə daxil olmuş məlumata əsasən, noyabrın 11-də Mingəçevir şəhəri, Yuxarı Qarabağ kanalı ərazisində batmış, 2001-ci il təvəllüdlü Əvəzzadə Ömər Hikmət oğlunun cəsədi xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, noyabrın 11-də Ağdərə rayonundan olan məcburi köçkün 13 yaşlı Əvəzzadə Ömər Hikmət oğlu və onun kiçik qardaşı 11 yaşlı Ülvü Əvəzzadə Yuxarı Qarabağ kanalının kənarında oynayarkən kiçik qardaşın ayağı sürüşərək suya düşüb.

Böyük qardaş Ülvini xilas etmək üçün kanala atılıb, nəticədə onların ikisi də suda batıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm