Bakı-Qazax yolunda inkassator maşını aşdı: ölən və yaralanan var
Bizi izləyin

Qırmızı.az

Bakı-Qazax yolunda inkassator maşını aşdı: ölən və yaralanan var

Hadisə nəticəsində dəyən zərər, ölən və yaralanan şəxslərin kimliyi araşdırılır

Bakı-Qazax yolunun Səngəçal qəsəbəsindən keçən hissəsində “Kapitalbank”a məxsus inkassator maşını qəzaya uğrayıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, inkassator maşını yoldan çıxaraq aşıb.


Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər ağır yaralanıb.


Faktı “Kapitalbank”ın mətbuat xidmətindən ANS PRESS-ə təsdiqlədilər. Bildirilb ki, hadisə nəticəsində dəyən zərər, ölən və yaralanan şəxslərin kimliyi araşdırılır. Yaxın saatlarda ətraflı məlumat veriləcək.


Faktla bağlı araşdırmalara başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm