Qənirə Paşayeva Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuşla görüşdü
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuşla görüşdü

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Türkiyədə Axısxa Türklərinin sürgünün 70-ci ildönümü ilə bağlı Beynəlxalq Simpozium çərçivəsində Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuşla görüşüb.

O, ümummilli lider Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət iki dövlətdir fikirini qeyd edərək Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyib: “Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir. Azərbaycan və Türkiyə bu bölgənin getdikcə böyüyən gücləridir və Azərbaycan hər zaman qardaş Türkiyənin güclənməsinə və ugurlarına sevinir”.Qənirə Paşayeva Baş nazirin müavini ilə görüşdə Ermənistanın etnik təmizləmə siyasətindən, evindən qaçqın və köçkün salınan 1 milyon insanımızdan danışıb. “Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Və onlar hələ də öz torpaqlarının həsrəti ilə yaşayır. Xocalıda dəhşətli soyqırım həyata keçiriblər. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus çoxlu sayda camiləri, tarixi abidələri, qəbirstanlıqları məhv edib və bu vandalizm aktlarını bu gün də davam etdirir.

Ermənistanın 20 ildən artıqdır ki, bütün beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymayaraq işğalı davam etdirməsi, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evinə dönə bilməməsi, yaşadıqları böyük ağrı və acılar, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, dağıtdıqları camilər, tarixi və mədəbi abidələr, qəbirstanlıqlarımız barədə, girov götürdüyü insanlarımıza qarşı törətdikləri insanlıqdan kənar əməllər və son günlər girov götürdükləri azərbaycanlılara – Dilqəm Əhmədova və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklərdən danışan millət vəkili Qənirə Paşayeva Ermənistanın bu gün də təxribat xarakterli əməllərini davam etdirməsi ciddi narahatlıq doğurur deyib. Biz inanırıq ki, Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”.

Türkiyənin Dağlıq Qarabağ probleminin həllindəki rolunu və tutduğu mövqeyinin yüksək qiymətləndirildiyini deyən millət vəkili Qənirə Paşayeva Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi səbəbindən hələ də 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönə bilməməsi kimi ağır bir insanlıq faciəsinin dayandırılması, işğalın bitməsi istiqamətində qardaş Türkiyə ilə Azərbaycanın bundan sonra da birgə səylərini daha da gücləndirəcəyinə inandığını deyib. Görüş zamanı Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini deyən Türkiyə Baş nazirinin müavini iki qardaş ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmunluğunu söyləyib.

Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş Türkiyənin daim Azərbaycanın yanında olduğunu və Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini bundan sonra da bütün platformalarda geniş şəkildə dəstəkləyəcəklərini deyib. Millət vəkili Qənirə Paşayeva Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuşa həmmüəllifi olduğu Türkiyə türkcəsində “Xocalı Soyqrımı tanıqların dilindən” kitabını hədiyyə edib və geniş məlumatlar verib. Qənirə Paşayeva Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuşa özünün müəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, materialları ,rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və Azərbaycan bayrağını hədiyyə edib.

Qarabağın Azərbaycan musiqisində oynadığı böyük rol və yerdən danışan millət vəkili Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ xanəndələri” musiqi albomu kataloqunu da təqdim edib. Türkiyənin Baş nazirinin müavini Numan Kurtulmuş millət vəkili Qənirə Paşayevaya dəyərli kitablar və materiallar üçün təşəkkür edib. Görüşdə iştirak edən Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynova da işğal altında olan torpaqlarımızda məhv edilən mədəniyyətimiz barədə məlumatlar verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm