Azərbaycan-İran sərhədində atışma: yaralı var
Bizi izləyin

Qırmızı.az

Azərbaycan-İran sərhədində atışma: yaralı var

İran Azərbaycan sərhədində atışma olub. Bu barədə yerli sakinlər ANS PRESS-in bölgə müxbirinə məlumat veriblər.


Məlumata görə,hadisə rayonun Bayaxanlı kəndi yaxınlığında baş verib. İrandan qaçaq yolla Azərbaycana narkotik maddə keçirən şəxslərlə sərhədçilər arasında baş verən atışma zamanı İran İslam Respublikası vətəndaşı yaralansa da, hadisə yerindən qaça bilib.


Lakin əməliyyat zamanı bir nəfər, Cəlilabad rayon Məlikqasımlı kənd sakini həbs olunub. Məlumata görə, sərhəd pozucuları İrandan Azərbaycana qanunsuz olaraq külli miqdarda narkotik maddə keçirməyə cəhd göstəriblər.


Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm