Meşədə itkin düşən qızın axtarışına icra başçısı da qoşulub
Bizi izləyin

Qırmızı.az

Meşədə itkin düşən qızın axtarışına icra başçısı da qoşulub

Quba rayonunda nənəsi ilə meşəyə gedən 3 yaşlı qız itkin düşüb. Bu barədə Publika.Az-a Quba Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirildiyinə görə, hadisə rayonun Qələdüz kəndində ümümi ərazisi 100 hektardan çox olan sıx meşədə baş verib.

İyun ayının 24-də 74 yaşlı Adilə Həmdullayeva nəvələri - 2 yaşlı Ümid və 3 yaşlı Xədicə ilə evin yaxınlığındakı meşəyə, həmin ərazidə yerləşən bağ sahəsini suvaramağa yollanıb.

İşi qurtarıb evə qayıtmaq istəyən nənə nəvələrini axtarıb. Bir müddət axtarışdan sonra, nəhayət, Ümidi tapıb.

3 yaşlı Xədicənin axtarışına isə kənd sakinləri və rayon polis şöbəsinin əməkdaşları da qoşulub. Meşədə gecə boyu əli fənərli 500-ə yaxın adam körpə qızı arayıb. Azyaşlı qız səhər saatlarında evlərindən 5 km aralıda, meşənin sıx bir hissəsində tapılıb.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev də əraziyə gələrək axtarış tədbirləri ilə yaxından maraqlanıb.

Publika.Az

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm