Sabah yağış yağacaq?
Bizi izləyin

Qırmızı.az

Sabah yağış yağacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a daxil olan məlumata görə, havanın temperaturunun gecə 1-4, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Fevralın 11-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında çiskinli olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan gündüz 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm