• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bilik Fondu Beynəlxalq Kitab Yarmarkasında əlaqələrini genişləndirdi

Bilik Fondu Beynəlxalq Kitab Yarmarkasında əlaqələrini genişləndirdi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun aparıcı məsləhətçisi Qismət Rüstəmov noyabrın 8-dən 16-dək Türkiyədə keçiriliən 33-cü Beynəlxalq İstanbul Kitab Yarmarkasında iştirak edib.

Q.Rüstəmov tanınmış vəqf və nəşriyyatların rəhbərləri ilə görüşüb. Bilik Fondu barəsində ətraflı məlumat verən Q.Rüstəmovun həmin qurumlara ünvanladığı əməkdaşlıq təklifi müsbət qarşılanıb.

Türkiyə Kültür və Turizm Bakanlığı "Kütüphaneler ve Yayımlar Genel Müdürlüğü", kültür və turizm uzmanı Nizar Kara deyib ki, Türkiyənin yaradıcı təşkilatları qardaş Azərbaycanla istənilən sahədə əməkdaşlığa hazırdır.

Bilim ve Sanat Vakfının Türkiyə Araşdırmaları Mərkəzinin müdir müavini Serhat Aslaner Bilik Fondu ilə birgə müasir texnologiyalara əsaslanan intellektual, kreativ layihələr həyata keçirməyin bütün türk dünyasına fayda verə biləcəyinə əminliyini ifadə edib.

Bilik Fondunun nümayəndəsi Beynəlxalq İstanbul Kitab Yarmarkasında, həmçinin Türkiyə Kültür və Turizm Nazirliyinin layihəsi olan TEDA-nın (Türk Edebiyyatının Dışa Açılımı) icraçıları, Nazim Hikmət Vakfı, Cemal Süreya Vakfı, dünyada kitabların virtual reklamı ilə məşğul olan ingilis şirkəti PHORM, Kolumbiyanın Türkiyədəki mədəniyyət attaşeliyi, Türkiyə Jurnalistlər Birliyi, Türkiyə Qadın Yazarları Dərnəyi, Bilim ve Sanat Vakfı, Türkiyə Fəlsəfə Qurumu, Məktəbəqədərki uşaqlarla iş vəqfi, “Deha akademi” uşaqlarla iş qurumu, Bülent-Rahşan Ecevit Kültür və Sənət Fondu, Türkiyə Dil Qurumu və rəsmi dövlət nümayəndələri ilə də görüşlər keçirib, gələcək əməkdaşlıqların perspektivləri müzakirə olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR