Kəmaləddin Heydərov BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşdü
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşdü

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir Kəmaləddin Heydərov qonaqlara respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib. Həmçinin, hər iki ölkədə təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın böyük iqtisadi inkişaf yolu keçdiyini diqqətə çatdıran Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri ölkəsinin əlaqədar qurumlarının Fövqəladə Hallar Nazirliyi ilə daha sıx əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm