İTV geyiminə görə aparıcını işdən çıxardı
Bizi izləyin

Qırmızı.az

İTV geyiminə görə aparıcını işdən çıxardı

İctimai Televiziya son günlər sosial şəbəkələrdə və xəbər portallarında müzakirə edilən "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanova ilə yollarını ayırıb.

Publika.az xəbər verir ki, bu haqda məlumatı telekanalın mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev öz "Facebook" profilində yazıb.


O,öz statusunda bildirib ki, L.Aslanova artıq İTV-nin əməkdaşı deyil: “Bir neçə gündür sosial şəbəkələrdə və müxtəlif informasiya saytlarında İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın efirə çıxdığı geyim forması ilə bağlı müzakirələr gedir. Əslində isə keçmiş rəhbərliyin zamanından İTV-də aparıcılq edən Leyla xanımla verilişdən sonra yollar ayrılıb və o artıq İTV-nin əməkdaşı deyil”.


İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın geyimi sosial şəbəkələrdə geniş müzakirə olunan mövzuya çevrilib.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm